Operativ Məlumat Mərkəzi

MİQ üzrə bir sıra fənlərlə bağlı apellyasiya müraciətlərinə start verilib

1 dəq
Paylaş:
MİQ üzrə bir sıra fənlərlə bağlı apellyasiya müraciətlərinə start verilib

Biologiya, fransız , tərbiyə, rus dili və fizika fənləri üzrə keçirilən Müəllimlərin İşə Qəbulu imtahanı ilə bağlı apellyasiya müraciətlərinə verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bu mərhələdə imtahanda iştirak etmiş şəxsi səhifələrində aktivləşdirilən xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax