Əsas məzmuna keç

Mikelancelonun gizli otağı ziyarətçilərin üzünə açılacaq

Mikelancelonun gizli otağı ziyarətçilərin üzünə açılacaq

bu barədə İtaliya mətbuatı məlumat yayıb. Məlumata əsasən, dövrünün qabaqcıl rəssamı, heykəltəraşı və memarı Mikelancelonun 48 il əvvəl Florensiyadakı...

İntibah dövrünün Buonarrotinin Florensiyada otağı ziyarətçilərin açılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata əsasən, dövrünün qabaqcıl rəssamı, heykəltəraşı və memarı Mikelancelonun 48 il əvvəl Florensiyadakı Mediçi Şapellərində kəşf edilən və "gizli sığınacağı" olaraq xarakterizə edilən otağının açılışı baş tutacaq.

Divarlarında Mikelanceloya aid bəzi kömür rəsmlərinin olduğu bildirilən otaq 15 Noyabr 2023 - 30 Mart 2024 tarixləri arasında əvvəlcədən rezervasiya edənlərin üzünə açılacaq. Otağa eyni vaxtda yalnız 4 nəfər daxil ola biləcək.

Otaqda icazə verilən ziyarətçilərin sayı həftədə 100 nəfərlə məhdudlaşdırılacaq və otaqda qalma müddəti 15 dəqiqədən çox olmayacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…