Operativ Məlumat Mərkəzi

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

2 dəq
Paylaş:
Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş Qazaxıstanda keçiriləcək referendumu müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MSK-dan məlumat verilib.

Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılan təşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, imkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının təmsilçiləri, həmçinin Təşkilatı və Müstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində də sözügedən referendumun izlənilməsində iştirak edirlər.

MSK nümayəndələri səsvermə günü Qazaxıstan paytaxtında və bölgələrdə məntəqələrdə müşahidə aparacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax