Azərbaycan ilə Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, 2021-ci il iyun ayının 15-də Prezidentlər tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsi münasibətlərimizi müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdı: “Dövlət başçılarımız İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan şəxsi münasibətlər və sıx təmaslar strateji tərəfdaşlığımızın ardıcıl inkişafını təmin edən əsas amildir. Təkcə bu il dövlət başçıları arasında 7 qarşılıqlı səfər baş tutub və Prezidentlər eyni zamanda digər ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə görüşüblər. Prezident İlham Əliyev son olaraq Türkiyəyə 19 iyun tarixində səfər edib. Dövlət başçıları Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində birgə iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan isə 8 noyabrda Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunan Hərbi paradda iştirak edib. Bütün bunlar siyasi dialoqumuzun yüksək səviyyədə olduğunu bir daha göstərir”.
Baş nazir Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyini söyləyib: “Ənənəvi olaraq beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Türk Dövlətləri Təşkilatı xüsusi qeyd edilməlidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərirlər. Bildiyiniz kimi oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşü baş tutdu və sədrlik Azərbaycana keçdi. Əminəm ki, sədrliyimiz dövründə təşkilat öz inkişafını davam etdirəcək və nüfuzunu daha da artıracaq. Yeri gəlmişkən bu il TDT-də yeni format yaradıldı - Hökumət başçılarının/Vitse-prezidentinin görüşü. Qırğızıstanda keçirilən ilk iclasda dəyərli qardaşım Cevdet bəylə görüşümü ən xoş hisslərlə xatırlayıram. Azərbaycan 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək, Sizi bu məqsədlə də Azərbaycana dəvət etmək istərdim”.
Baş nazir: Azərbaycan ilə Türkiyəni dostluq və qardaşlıq münasibətləri birləşdirir
Oxşar xəbərlər
Daxili Siyasət
Azərbaycan lideri Özbəkistanın azad edilmiş ərazilərə dəstəyini yüksək qiymətləndirib
Daxili Siyasət
Ötən tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, 176 vətəndaşımız Özbəkistanda təhsil alıb
Daxili Siyasət
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
Foto
Daxili Siyasət
Birinci Qarabağ müharibəsinin 5 şəhidi sabah dəfn olunacaq
Eyni mövzuda
Daha çox: Daxili Siyasət
Daxili Siyasət
DSX-nin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Daxili Siyasət
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daxili Siyasət
DSX hərbçilərinə ali hərbi rütbələr verilib - Rəsmi
Daxili Siyasət