Operativ Məlumat Mərkəzi

“Melissa” qasırğası Kubaya çatdı - 750 min insan təxliyə olunub

2 dəq
Paylaş:
“Melissa” qasırğası Kubaya çatdı - 750 min insan təxliyə olunub

Saffir- şkalası üzrə 3-cü kateqoriyaya qədər “Melissa” qasırğası oktyabrın 29-na keçən gecə Kubanın şərq hissəsinə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" xəbər portalı məlumat yayıb.

Məlumata görə, -de-Kuba əyalətinin Quam bələdiyyəsində küləyin sürəti saatda 195 km-ə çatıb.

Hakimiyyət təxminən 750 min sakini təhlükəsiz ərazilərə təxliyə edib. Qasırğanın xüsusilə şərqi Kubada infrastrukturda ciddi dağıntılara səbəb olacağı gözlənilir.

"Associated Press"in məlumatına görə, “Melissa” daha əvvəl Haiti, Yamayka və Dominikan Respublikasında azı 7 nəfərin ölümünə yol açıb.

Əvvəlcə 5-ci kateqoriyaya aid edilən qasırğa oktyabrın 28-də Yamaykaya küləyin sürəti 295 km/saat-a yüksəlib və daşqınlara, genişmiqyaslı dağıntılara səbəb olub. Sonradan “Melissa” 4-cü, daha sonra isə 3-cü kateqoriyaya qədər zəifləyib.

Meteoroloqların proqnozuna görə, qasırğa Kubadan keçdikdən sonra Baham adalarına doğru irəliləyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax