Operativ Məlumat Mərkəzi

Meksikada immiqrasiya mərkəzində baş verən yanğınla bağlı cinayət işi başladılıb

2 dəq
Paylaş:
Meksikada immiqrasiya mərkəzində baş verən yanğınla bağlı cinayət işi başladılıb

Martın 27-də Texas sərhədinə yaxın sərhəd şəhərində Meksika Milli Miqrasiya İnstitutunda baş verən və 38 nəfərin ölümünə səbəb olan yanğınla bağlı “qətl araşdırması” başlatdı.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbərinə görə, obyektin içindəki kameralarından çəkildiyi bildirilən 30 saniyəlik videoda, alov otağı bürüyərkən bir nəfərin qapını açmağa çalışdığı, lakin bir neçə mühafizəçinin çöldə getdiyi görünür.

Yanğınla bağlı "qətl araşdırması" başladan prokurorlar, yanğında 38 nəfərin ölümünə səbəb olduğu düşünülən 8 şübhəlinin müəyyən edildiyini, şübhəlilərdən 5-nin isə Ciudad Juarezdəki obyektdə mühafizəçi olduğunu bildirib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador bildirib ki, günahkarlar "qanunlara uyğun olaraq" cəzalandırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax