Operativ Məlumat Mərkəzi

MEDİA: Prezidentin adından saxta müraciətlərlə istifadəçilərə maddi yardım vəd edilir

1 dəq
Paylaş:
MEDİA: Prezidentin adından saxta müraciətlərlə istifadəçilərə maddi yardım vəd edilir

Son informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.

Bildirilib ki, Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.

"Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiber dələduzluq nümunəsidir. Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa ", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax