Operativ Məlumat Mərkəzi

Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib

1 dəq
Paylaş:
Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib

Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.

Bundan əlavə, nazirlik sakinlərinə quş tapacaqları halda onlara müdaxilə etməməyi tövsiyə edib.

Eyni zamanda region sakinlərinin ev quşlarında xəstəliyin ilk əlamətləri və ya qeyri-normal davranışlar aşkar edildikdə dərhal nazirliyə müraciət etmələri tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax