Əsas məzmuna keç

Rusiyada təyyarə yanacağının ixracına müvəqqəti məhdudiyyət qoyulub

Rusiyada təyyarə yanacağının ixracına müvəqqəti məhdudiyyət qoyulub

Rusiya hökuməti daxili bazarda sabitliyi qorumaq məqsədilə təyyarə yanacağının ixracını noyabrın 30-dək dayandırıb.

en ru

hökuməti daxili yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün təyyarə yanacağının ixracına müvəqqəti qadağa tətbiq edib. Xarici KİV-in məlumatına görə, müvafiq qərar 5 ay müddətini əhatə edir və 30 noyabr qüvvədə qalacaq.

Rəsmi açıqlamada qeyd olunub ki, hökumətlərarası sazişlər əsasında həyata keçirilən yanacaq tədarükləri bu məhdudiyyətdən kənar tutulacaq.

Xatırladaq ki, Rusiya hökuməti daxili bazarda qiymət və təchizat sabitliyini qorumaq üçün vaxtaşırı müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edir. Belə ki, cari ilin aprel ayının 1-dən etibarən ölkədə benzinin ixracına da qadağa qoyulmuşdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…