Operativ Məlumat Mərkəzi

Livan ərazisindən İsrailə 6 raket atılıb

1 dəq
Paylaş:
Livan ərazisindən İsrailə 6 raket atılıb

Livan ərazisindən İsrailin şimalına 6 raket səbəbilə hava xəbərdarlığı siqnalı işə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Ordusunun açıqlamasında qeyd edilib.

Məlumata görə, İsrail hava hücumundan müdafiə sistemləri 1 raketi zərərsizləşdirib, digər 5 raket isə açıq əraziyə düşüb. İsrail ordusu hücumların həyata keçirildiyi bölgələri hədəf aldığını bildirib.

Livan Hizbullahının verdiyi açıqlamada isə sərhəd bölgəsində 4 kazarma, bir müşahidə qülləsi və hərbi-texniki maşınlara hücum edildiyi qeyd edilib.

Qeyd edək ki, ilə İsrail ordusu arasında oktyabrın 8-də başlayan qarşıdurmalarda indiyədək 12 Hizbullah üzvü və 2 İsrail həlak olub.

Livanla sərhəddə baş verən qarşıdurmalarda biri jurnalist olmaqla 3 mülki şəxs, İsraildə isə bir nəfər həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax