Əsas məzmuna keç

Hizbullah İsrail ordusunun kazarmalarını raketlərlə vurdu

Hizbullah İsrail ordusunun kazarmalarını raketlərlə vurdu

Zarit qəsəbəsində hərbi obyektlərə raket zərbələri endirilib. Livanda ölənlərin sayı 120-ni ötdü. Şiə milislərin hücumu və bölgədəki son vəziyyətin təfərrüatları.

en ru

Qərbi Qalileyada İsrail ordusuna zərbələri endirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Hizbullahın şiə milis bölmələri Qərbi Qalileyanda İsrail qoşunlarına qarşı əməliyyat keçirib. Bildirilir ki, Zarit yaşayış məntəqəsində yerləşən ordu kazarmasına çoxsaylı raketlər buraxılıb.

Bəyanatda qeyd olunub ki, “müqavimət döyüşçüləri düşmən qüvvələrinin yerləşdiyi kazarmalara bir neçə yaylım atəşi açıblar”.

Buna cavab olaraq İsrail Livan ərazisində hərbi əməliyyatlar həyata keçirir. İsrailin hücumları nəticəsində ölkədə ölənlərin sayının 120-ni keçdiyi bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…