Operativ Məlumat Mərkəzi

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

2 dəq
Paylaş:
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

Avqustun 17-si Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir. Cənub-qərb gündüz cənub- küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax