Operativ Məlumat Mərkəzi

Sabah Bakıda yağış yağacaq

2 dəq
Paylaş:
Sabah Bakıda yağış yağacaq
{"az":"Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə \"Operativ Məlumat Mərkəzi-OMM\"-ə Milli...","en":"","ru":""}

Sabah Azərbaycanda hava necə olacaq?

Oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər