Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva Türkmənistanda - FOTOLAR

3 dəq
Paylaş:
Leyla Əliyeva Türkmənistanda - FOTOLAR

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, açılış mərasimində Fondunun vitse-prezidenti və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə yaradılan Fondun irimiqyaslı və səmərəli iş apardığını diqqətə çatdırıb. “Fondun yaradılması hər bir vətəndaşa xeyriyyəçilik fəaliyyətində iştirak etməyə şərait yaratdı. Onun köməyi ilə yüzlərlə çətin tibbi əməliyyatlar olunub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib”, - deyə o bildirib.

Uşaqlara qayğının dövlət siyasətinin prioritet məsələlərdən biri olduğunu deyən Oğulcahan Atabayeva filialda uşaqlara yüksəkkeyfiyyətli tibbi yardım xidmətindən əlavə, həmçinin onların istirahəti və reabilitasiyası üçün də şərait yaradıldığını diqqətə çatdırıb. Oğulcahan Atabayeva Təşkilatının səylərinə, xüsusən də dünyada uşaqların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinə bundan sonra da fəal dəstək olacaqlarını bildirib.

Qeyd edək ki, Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu 2021-ci ildə yaradılıb. Qurumun əsas məqsədi gənc nəslə dəstək olmaq, onların yaşayışı üçün münbit şərait yaratmaq, qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpasına kömək etməkdir. Bu günə qədər Fondun vəsaiti hesabına Türkmənistanda və digər ölkələrdə bir çox xeyriyyə və humanitar layihələr həyata keçirilib. Fondun humanizm, ədalət və xoşməramlı prinsiplərə söykənən fəaliyyəti, həmçinin dövlət tərəfindən dəstəklənir. Fond humanitar missiyasını səviyyədə də həyata keçirir. BMT-nin Uşaq Fondu UNICEF ilə əməkdaşlıq edən Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu tərəfindən bu günə qədər Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax