Operativ Məlumat Mərkəzi

Son dəqiqə qolu vuran futbolçu zəlzələdə dünyasını dəyişdi

2 dəq
Paylaş:
Son dəqiqə qolu vuran futbolçu zəlzələdə dünyasını dəyişdi

”un futbolçusu Atsu Hatay vilayətində baş verən zəlzələdə ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə qanalı hücumameylli yarımmüdafiəçinin agenti Murat Uzunmehmet məlumat verib. O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını deyib.

“Hatayspor”un meneceri Fatih İlekin sözlərinə görə, afrikalı futbolçu qış fasiləsində komandadan ayrılmaq üçün baş məşqçi Volkan Demireldən istəyib.

O, Atsunun gedişinə icazə verdikdən sonra futbolçu tərk etmək üçün təyyarəyə bilet alıb:

“Zəlzələdən 5 saat əvvəl uçmalı idi. Amma 23-cü turda “Kasımpaşa”ya qol vurduqdan sonra fikrini dəyişdi və Hatayda qalmağa qərar verdi”.

Daha əvvəl “Hatayspor”un qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ zamanı vəfat edib.

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax