Operativ Məlumat Mərkəzi

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

1 dəq
Paylaş:
Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Rusiyanın Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Məlumata görə, partlayıcı " Volt" markalı avtomobildə gizlədilib, avtomobil Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib.

Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir.

Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil verilməli imiş.

"Ukraynanın maşını kamikadze kimi istifadə etməyi planlaşdırdığı" qeyd olunub.

Partlayıcı qurğu zərərsizləşdirilib.

Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax