Əsas məzmuna keç

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə partlayışın qarşısını alıblar. Bu barədə Rusiya FTX məlumat yayıb. Məlumata görə,...

Rusiyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları körpüsündə partlayışın qarşısını alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

Məlumata görə, partlayıcı "Chevrolet Volt" markalı avtomobildə gizlədilib, Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib.

Avtomobilin Rusiya-Gürcüstan sərhədininjn “Yuxarı Lars” buraxılış məntəqəsindən keçdiyi deyilir.

Qeyd edilib ki, Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil verilməli imiş.

"Ukraynanın maşını kamikadze kimi istifadə etməyi planlaşdırdığı" qeyd olunub.

Partlayıcı qurğu zərərsizləşdirilib.

Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…