Operativ Məlumat Mərkəzi

Kremlə bir çox ölkədən Putinlə müsahibə üçün onlarla müraciət gəlib

1 dəq
Paylaş:
Kremlə bir çox ölkədən Putinlə müsahibə üçün onlarla müraciət gəlib

Son günlər Kremlə böyük qəzet və televiziya şirkətlərindən Vladimir Putindən müsahibə almaq üçün onlarla müraciət daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "RİA "-yə istinadən xəbər verir ki, bu barədə prezidentin Dmitri məlumat verib.

“Bu günün əsas xəbərlərindən biri prezidentin amerikalı jurnalistə müsahibəsidir”, -deyə Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, son üç-dörd ildə aparıcı xarici mediadan Putindən müsahibə almaq üçün onlarla müraciət olub. Müraciətlər ABŞ, Fransa, İtaliya, Avstriya, Avstraliya və digər ölkələrdən gəlib.

Peskov xarici jurnalistlərə Rusiya liderinin şəxsiyyəti ilə maraqlandıqlarına görə minnətdarlığını bildirib. Kreml nümayəndəsi bəyan edib ki, məlum səbəblərdən indi başqa müsahibə keçirmək mümkün deyil, lakin o, xahişləri nəzərə alacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax