Operativ Məlumat Mərkəzi

Kral III Çarlz müalicə almaq üçün xəstəxanaya üz tutub

1 dəq
Paylaş:
Kral III Çarlz müalicə almaq üçün xəstəxanaya üz tutub

İngiltərə kralı III Çarlz vəzinin böyüməsi ilə bağlı müalicə almaq üçün keçən həftə Uels şahzadəsi Keytin qarın nahiyəsindən keçirdiyi özəl Klinika xəstəxanasına gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sarayından açıqlamada kralın bu səhər yerli vaxtla 09:30-da "Clarence House" sarayından ayrılaraq xəstəxanaya getdiyi bildirilib.

Həmçinin Kral Çarlzın həyat yoldaşı Kraliça Kamilla ilə "The London Clinic" adlı özəl xəstəxanaya getdiyi də mətbuata əks olunan görüntülərdə yer alıb.

Xatırladaq ki, Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı keçən həftə Bukingem Sarayından verilən açıqlamada, kralın xoşxassəli prostat hiperplaziyasının müalicəsi üçün düzəldici prosedurdan keçəcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax