İngiltərə kralı III Çarlz prostat vəzinin böyüməsi ilə bağlı müalicə almaq üçün keçən həftə Uels şahzadəsi Keytin qarın nahiyəsindən əməliyyat keçirdiyi özəl London Klinika xəstəxanasına gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bukingem Sarayından verilən açıqlamada kralın bu səhər yerli vaxtla 09:30-da "Clarence House" sarayından ayrılaraq xəstəxanaya getdiyi bildirilib.
Həmçinin Kral Çarlzın həyat yoldaşı Kraliça Kamilla ilə "The London Clinic" adlı özəl xəstəxanaya getdiyi də mətbuata əks olunan görüntülərdə yer alıb.
Xatırladaq ki, Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı keçən həftə Bukingem Sarayından verilən açıqlamada, kralın xoşxassəli prostat hiperplaziyasının müalicəsi üçün düzəldici prosedurdan keçəcəyi bildirilib.
Kral III Çarlz müalicə almaq üçün xəstəxanaya üz tutub
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Digər
Digər
Fransada tarixi qərar: Korsikaya xüsusi muxtariyyət statusu verilməsi təsdiqləndi
Digər
ABŞ-nin Ukraynada "Patriot" istehsalı qərarı təhlükəsizlik riskləri yarada bilər
Digər
Mağara divarlarında ilk dəfə antik insan DNT-si aşkarlandı
Digər