Operativ Məlumat Mərkəzi

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

2 dəq
Paylaş:
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi 2025-2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİM-dən məlumat verilib.

Nəticələrin öyrənilməsi

müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul edilən abituriyentlər

Müsabiqədə iştirak etmək üçün 2533 ərizə təqdim edib. Onlardan 1014 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.

Qəbul siyahısının nəşri

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunacaq. “Abituriyent” jurnalının 10-cu nömrəsinin versiyasını (pdf formatında) sentyabrın 5-dən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qeydiyyat prosesi

Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər 10 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax