Əsas məzmuna keç

KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıb

KİV: İranın raketlərinin təxminən 50 faizi İsraildəki hədəflərinə çatmayıb

bu barədə “Fox News” telekanalı adı açıqlanmayan amerikalı rəsminin sözlərinə istinadən məlumat yayıb. “The Wall Street Journal” məlumatına görə, İran...

İranın İsrailə buraxdığı raketlərin 50 havaya bilməyib və ya hədəflərinə çatmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Fox News” telekanalı adı açıqlanmayan amerikalı rəsminin sözlərinə istinadən məlumat yayıb.

“The Wall Street Journal” məlumatına görə, İran İsrailə 115-130 ballistik raket atıb. ABŞ rəsmiləri atılan raketlərin yalnız yarısının zərərsizləşdirildiyini, qalanlarının isə hədəfə çata bilmədiyini qeyd edib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa qarşıdurmadır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…