Əsas məzmuna keç

KİV: Almaniya Rusiyaya vizaların verilməsini sərtləşdirməyə çağırır

KİV: Almaniya Rusiyaya vizaların verilməsini sərtləşdirməyə çağırır

bu barədə DPA agentliyi məlumat yayıb. Agentlik bildirir ki, Berlin tərəfindən hazırlanan sənəddə Avropa Komissiyasının 2022-ci ildə dərc etdiyi...

hökuməti Avropa İttifaqının Federasiyasına qarşı yeni sanksiyalar paketi çərçivəsində Rusiya vətəndaşlarına zonasına səfərlər üçün verilməsini sərtləşdirilməyi təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Berlin tərəfindən hazırlanan sənəddə Avropa Komissiyasının 2022-ci ildə dərc etdiyi tövsiyələrin tam şəkildə həyata keçirilməsinə çağırış yer alır. Həmin tövsiyələr rusiyalılara turist vizalarının verilməsinin ciddi şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur.

“Avropa İttifaqının statistikasına görə, 2024-cü ildə Rusiya vətəndaşlarına təxminən 542 min qısamüddətli Şengen vizası verilib. Bu, 2023-cü illə müqayisədə 20% çoxdur, lakin 2019-cu ilin göstəricilərindən xeyli azdır”, – DPA qeyd edir.

Almaniya tərəfindən verilmiş Şengen vizalarının sayı isə 2024-cü ildə 27,3 min təşkil edib. Bundan əlavə, təxminən 11,3 min milli viza verilib. Bu vizalar ölkədə uzunmüddətli qalmaq üçün – məsələn, təhsil və ya iş məqsədilə – tələb olunur.

Almaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın Ukraynaya qarşı “xüsusi əməliyyatı” başladığından sonra artıq həm milli, həm də Şengen vizalarının verilməsi üçün meyarlar sərtləşdirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…