Əsas məzmuna keç

Kanada ABŞ-yə cavab verib - Yeni tariflər

Kanada ABŞ-yə cavab verib - Yeni tariflər

bu barədə Kanada hökuməti bəyanat yayıb. Ət, süd məhsulları, meyvə-tərəvəz, portağal suyu, şərab, pivə, fermentləşdirilmiş içkilər və qəhvə də daxil...

Kanada, Vaşinqtonun Kanada mallarına 25% rüsum etməsinə cavab olaraq, fevralın 4-dən bir sıra ABŞ məhsullarına tarifləri artıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kanada hökuməti yayıb.

Ət, süd məhsulları, meyvə-tərəvəz, portağal suyu, şərab, pivə, fermentləşdirilmiş içkilər və qəhvə də daxil olmaqla, 155 milyard dollar dəyərində Amerika məhsullarına 25% rüsum tətbiq ediləcək.

Bundan başqa, minik avtomobilləri, yük maşınları və avtobuslar, elektrik avtomobilləri, motosikletlər, dəmir və alüminium məmulatları, kosmetika, kağız, ayaqqabı, geyim, bomba, mina, raket, qumbara və bir sıra digər mallara rüsum tətbiq olunacaq.

"ABŞ Kanada məhsullarına əsassız tətbiq etməyə davam edərsə, hökumət əlavə tədbirləri, o cümlədən qeyri-tarif variantlarını nəzərdən keçirdiyi üçün bütün variantlar masada qalır".

Fevralın 1-də ABŞ Kanada idxalına 25%, enerji məhsullarına isə 10% rüsum tətbiq edəcəyini açıqlamışdı.

ABŞ tarifləri fevralın 4-dən qüvvəyə minəcək.

Bundan başqa, ABŞ prezidenti Tramp Meksikadan idxal edilən mallara 25%, Çindən idxal olunan mallara isə 10% rüsum tətbiq ediləcəyini açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…