Operativ Məlumat Mərkəzi

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

1 dəq
Paylaş:
İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

İsveçin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Rusiyanın İsveçdəki nümayəndəliyinə hücum edilməsi ilə əlaqədar çağırılıb.

Qeyd edilib ki, diplomat 10 dəqiqədən sonra xarici idarəsinin binasını tərk edib.

Səfirlikdən bildirilib ki, bu cür hadisələr artıq bir ildən çoxdur ki, davam edir.

Qeyd edək ki, iyulun 5-də Rusiyanın Stokholmdakı səfirliyi ölkənin İsveçdəki ticarət nümayəndəliyinin binasına növbəti hücum barədə məlumat yayıb. Ticarət nümayəndəliyinin ərazisinə pilotsuz uçuş aparatından boya paketinin atıldığı dəqiqləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax