Operativ Məlumat Mərkəzi

İsveç hərbçiləri Arktika təlimləri üçün Qrenlandiyaya göndərilib

2 dəq
Paylaş:
İsveç hərbçiləri Arktika təlimləri üçün Qrenlandiyaya göndərilib
Baş nazirin sözlərinə görə, İsveç hərbi personalı Danimarkanın xahişi ilə müttəfiq dövlətlərdən ibarət qrupun tərkibində adaya gəlib. Onlar təlimlər...

İsveçin Ulf yanvarın 14-də ölkənin bir hərbçisinin “Operation Arctic Endurance” adlı təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya göndərildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, İsveç hərbi personalı Danimarkanın xahişi ilə müttəfiq dövlətlərdən ibarət qrupun tərkibində adaya gəlib.

Onlar təlimlər çərçivəsində gələcək addımların birgə planlaşdırılması və koordinasiyasında iştirak edəcəklər.

Kristersson bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib:

“Bu gün İsveç ordusunun nümayəndələri Qrenlandiyaya gəlirlər. Onlar bir neçə müttəfiq ölkədən ibarət qrupun tərkibindədirlər”.

Məlumata görə, təlimlərdə Norveç də iştirak edir. Norveçin Tore Sandvik ölkəsinin hərbi tədbir üçün iki hərbçi göndərdiyini açıqlayıb. O qeyd edib ki, Norveçin iştirakı müttəfiqlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Sandvik əlavə edib ki, hazırda NATO çərçivəsində Arktika regionunda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı mümkün tədbirlər müzakirə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax