Operativ Məlumat Mərkəzi

İsrailin Avroviziyadan çıxarılıb-çıxarılmaması səsə qoyulacaq

2 dəq
Paylaş:
İsrailin Avroviziyadan çıxarılıb-çıxarılmaması səsə qoyulacaq

Birliyi (EBU) 2026 Avroviziya Müsabiqəsində İsrailin iştirak edib-etməyəcəyi ilə bağlı səsvermə keçiriləcəyini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, noyabr ayında keçiriləcək fövqəladə ümumi yığıncaqda baş tutacaq səsvermədən sonra İsrailin müsabiqəyə qatılıb-qatılmayacağı dəqiqləşəcək.

EBU-nun sədri Delphine Ernotte Cunci üzv qurumlara göndərdiyi məktubda İsrailin iştirakı ilə bağlı misli görünməmiş müxtəliflikdə fikirlərin olduğunu və bu səbəblə məsələnin daha geniş və demokratik bir platformaya daşınmasının vacib olduğunu bildirib.

Açıqlamada bütün üzv qurumların baş direktorlarının iştirak edəcəyi toplantının noyabr ayının əvvəlində onlayn şəkildə keçiriləcəyi qeyd olunub.

İspaniya, Hollandiya, İrlandiya, İslandiya və Sloveniya kimi ölkələrdəki bəzi yayım qurumları, İsrail müsabiqəyə qəbul edilərsə, tədbiri boykot edəcəklərini açıqlayıblar.

Xatırladaq ki, daha əvvəl 2022-ci ildə Ukraynanı işğal etdikdən sonra Avroviziyadan uzaqlaşdırılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax