Əsas məzmuna keç

İsrail Xan Yunisdə bir evi vurub, 10 nəfər ölüb

İsrail Xan Yunisdə bir evi vurub, 10 nəfər ölüb

bu barədə xarici KİV məlumat yayıb. Yerli Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu gecə boyu Xan Yunis şəhərinə, Bureyc və Nuseyrat qaçqın...

İsrail ordusu zolağının cənubundakı Xan şəhərində bir hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yerli Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu gecə boyu Xan Yunis şəhərinə, Bureyc və Nuseyrat qaçqın düşərgələrinə və Qəzza zolağının cənubundakı Cuhor əd-Dik kəndinə hücum edib.

Xan Yunus şəhərində bir evə edilən hücumda 10 nəfər həyatını itirib.

Fələstin Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail ordusunun Qızıl Ayparanın Xan Yunusdakı qərargahının üst mərtəbəsinə top atəşi ilə hücum etdiyi bildirilib. Binada məcburi köçkün fələstinlilərin , çoxlu sayda yaralının olduğu bildirilib. Obyektə və ətrafdakı tikililərə də ciddi ziyan dəyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…