Operativ Məlumat Mərkəzi

İsrail Xan Yunisdə bir evi vurub, 10 nəfər ölüb

1 dəq
Paylaş:
İsrail Xan Yunisdə bir evi vurub, 10 nəfər ölüb
bu barədə xarici KİV məlumat yayıb. Yerli Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu gecə boyu Xan Yunis şəhərinə, Bureyc və Nuseyrat qaçqın...

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində bir evə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yerli Fələstin mənbələrinin məlumatına görə, İsrail ordusu gecə boyu Xan Yunis şəhərinə, Bureyc və Nuseyrat qaçqın düşərgələrinə və Qəzza zolağının cənubundakı Cuhor əd-Dik kəndinə hücum edib.

Xan Yunus şəhərində bir evə edilən hücumda 10 nəfər həyatını itirib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail ordusunun Qızıl Ayparanın Xan Yunusdakı qərargahının üst mərtəbəsinə top atəşi ilə hücum etdiyi bildirilib. Binada məcburi köçkün fələstinlilərin olduğu, çoxlu sayda yaralının olduğu bildirilib. Obyektə və ətrafdakı tikililərə də ciddi ziyan dəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər