Operativ Məlumat Mərkəzi

İsrail Suriyadakı obyektlərə zərbə endirib

1 dəq
Paylaş:
İsrail Suriyadakı obyektlərə zərbə endirib

İsrail Ordusu (İMO) Qolan təpələrinə hücuma cavab olaraq Suriyadakı “terrorçu infrastrukturun” obyektlərini vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ordunun teleqramda məlumat yayıb.

“Bir müddət öncə Qolan təpələrinə dünənki (şənbə) hücuma cavab olaraq İMO-nun qırıcıları Suriyadakı terrorçu infrastrukturun obyektlərini vurub”, – məlumatda nəql edilib.

Xatırladaq ki, şənbə günü Ordunun mətbuat xidməti Suriya tərəfindən atəşin qeydə aldığını və cavab atəşi açmağa başladığını bildirmişdi.

Qeyd edək ki, Qolan təpələrinin böyük hissəsi 1967-ci ildən İsrailin işğalı altındadır. İsrail de-fakto nəzarət etdiyi əraziləri 1981-ci ildə ilhaq edib. ictimaiyyət ilhaqı tanımayıb. 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərində suverenliyini tanımış ilk ölkə olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax