Operativ Məlumat Mərkəzi

İsrail Qəzzaya hücum edir, 10 nəfər ölüb

1 dəq
Paylaş:
İsrail Qəzzaya hücum edir, 10 nəfər ölüb

İsrail ordusu fələstinli qaçqın düşərgələrinə və zonalara hücum edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, anklavın şimalında Cəbəliyə düşərgəsinin şimal-şərq ərazilərində binalarını partladırlar.

Bu cür hücumlar nəticəsində azı 10 nəfərin həlak olduğu qeyd edilir.

Ordu bölmələri sektorun cənubundakı humanitar zonalara da zərbələr endirir. Xüsusilə, Xan Yunis şəhəri yaxınlığında yerləşən Əl-Mavasi düşərgəsinin kütləvi atəşə tutulması qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax