Operativ Məlumat Mərkəzi

İsrail ordusu dəməşqə zərbələr endirib

2 dəq
Paylaş:
İsrail ordusu dəməşqə zərbələr endirib

İsrail ordusu Suriyanın paytaxtı şəhərinə raket zərbəsi endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" Suriyadakı xəbər agentliklərinə istinadən xəbər verir ki, İsrail Silahlı Qüvvələri paytaxtın cənub-qərbində Kfar Susa məntəqəsini atəşə tutub.

Hücum nəticəsində 10 mərtəbəli yaşayış binasın 4-cü mərtəbəsinə ciddi ziyan dəyib. Bir sıra mənbələr bombardman zamanı 2 nəfərin həlak olduğunu açıqlayıb.

Bu, 2024-cü ildə İsrail tərəfindən Suriya ərazisinə edilən 13-cü hücum olub.

İsrailin müdafiə qüvvələri həmçinin Qəzza zolağı boyunca HƏMAS-ın mövqelərinə endirməyə davam edir.

nəticəsində son sutkada 118 fələstinli həlak olub.

Zərbələrdən biri Nuseyrat qaçqın düşərgəsi yaxınlığında hərəkətdə olan avtomobilə tuş gəlib. Hadisə zamanı avtomobildəki 6 nəfərin həlak olduğu açıqlanıb.

Bununla yanaşı, ötən gecə Rəfah şəhərinə edilən intensiv hücumlar zamanı bir ailənin 5 üzvü ölüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax