Operativ Məlumat Mərkəzi

İraqda ABŞ hücumundan sonra 3 günlük matəm elan edilib

1 dəq
Paylaş:
İraqda ABŞ hücumundan sonra 3 günlük matəm elan edilib

İraq hökuməti ABŞ-ın hücumunda həlak olanlar üçün ölkədə 3 matəm elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraq Baş nazirlik İdarəsindən verilən yazılı açıqlamada qeyd olunub.

" Məhəmməd Şia əl-Sudani silahlı qüvvələrimizdə olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində 3 günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib",- deyə bəyanatda bildirilib.

Həmçinin İraq hökumət sözçüsü Bəsim Avvadi, verdiyi yazılı açıqlamada, "Amerika rəhbərliyi Qaim Akkaşat (Ənbar) bölgəsində qüvvələrimizə hücum etdi. Bu düşmən hücumu mülki vətəndaşlar da daxil olmaqla 16 nəfərin şəhid olmasına və 25-nin yaralanmasına səbəb olub", - deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax