Əsas məzmuna keç

ABŞ diplomatı İraq XİN-ə çağırıldı

ABŞ diplomatı İraq XİN-ə çağırıldı

Baş nazir Məhəmməd Şiə əs-Sudani Bağdaddakı müvəqqəti işlər vəkilinə etiraz etdi. Ənbarda "Xalq Səfərbərlik Qüvvələri"nə endirilən zərbənin ağır nəticələri məlum oldu.

en ru

İraq hərbi bölmələrinə endirilən zərbə ilə əlaqədar İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırmağı tapşırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin ofisi rəsmi məlumat yayıb.

İraqın və təhlükəsizlik xidmətlərindəki mənbələrdən bildirilib ki, endirilmiş zərbə nəticəsində 7 hərbçi ölüb və 13 nəfər yaralanıb. Daha əvvəl KİV İraq Müdafiə Nazirliyinə istinadən Ənbar əyalətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi və 7 hərbçinin həlak olması barədə məlumat yaymışdı.

Zərbə rəsmi olaraq İraq silahlı qüvvələrinin bir hissəsi olan iranyönümlü silahlı dəstə koalisiyası - "Xalq Səfərbərlik Qüvvələri"nə məxsus obyektə endirilib. öz növbəsində bu koalisiyanı terror təşkilatları siyahısına daxil edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…