Operativ Məlumat Mərkəzi

İranlı general: “Azərbaycanla sərhəddə heç bir problemimiz yoxdur”

2 dəq
Paylaş:
İranlı general: “Azərbaycanla sərhəddə heç bir problemimiz yoxdur”

Respublikası ilə sərhəd və məsələlərində heç bir yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fars News"a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Baqiri deyib.

Azərbaycanla sərhəd bölgəsinə səfərinə danışan general iki ölkə arasındakı münasibətlərin dərinləşdiyini bildirib.

“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. İki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir. Bu, sadəcə hər il ölkəmizin sərhədlərində həyata keçirilən dövri yoxlama-təftiş səfəridir”, - deyə Məhəmməd Baqiri qeyd edib.

Qeyd edək ki, Məhəmməd Baqiri İranın şimal-qərbində , Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd əraziyə baxış həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax