“Azərbaycan Respublikası ilə sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur”.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fars News"a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Baqiri deyib.
Azərbaycanla sərhəd bölgəsinə səfərinə danışan general iki ölkə arasındakı münasibətlərin dərinləşdiyini bildirib.
“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. İki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir. Bu, sadəcə hər il ölkəmizin sərhədlərində həyata keçirilən dövri yoxlama-təftiş səfəridir”, - deyə Məhəmməd Baqiri qeyd edib.
Qeyd edək ki, Məhəmməd Baqiri İranın şimal-qərbində yerləşən, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd əraziyə baxış həyata keçirib.