Operativ Məlumat Mərkəzi

Azərbaycan tərəfi İrandan gələn xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

2 dəq
Paylaş:
Azərbaycan tərəfi İrandan gələn xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

İran İslam Respublikasından Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən şəxslərdən 6 nəfər Qazaxıstan vətəndaşı artıq Astara gömrük buraxılış məntəqəsindən keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qonaqlar onlar üçün hazırlanan çay süfrəsindən dadıb müvafiq pasport qeydiyyatından keçiblər.

Onlar Azərbaycana öz təşəkkürlərini bildiriblər.

***

Bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımı yaradıb.

Təxliyə olunacaq şəxslər üçün çay süfrəsi hazırlanıb. Səhhətində problem yarana biləcək şəxslərə yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Təxliyə olnacaq şəxslərin daşınması üçün avtobuslar da ayrılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax