Operativ Məlumat Mərkəzi

İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

2 dəq
Paylaş:
İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Avqust ayının 12-də Dövlət Xidmətinin (DSX) Sahil Mühafizəsinin qüvvə və vasitələrinin qarşılıqlı fəaliyyəti nəticəsində, Xəzər dənizinin cənub istiqamətində İrandan yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-nin Mərkəzindən məlumat verilib.

Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib.

Keçirilmiş tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyev Eduard Rəhman oğlu və Masallı rayonunun Qodman kənd sakini, 1992-ci il təvəllüdlü Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax