Əsas məzmuna keç

DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib

DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin açılış mərasimi keçirilib.Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən məlumat verilib.Bildirilib...

en ru

Dövlət Xidmətinin Mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Sürücülük Mərkəzində inzibati və binaları müasir standartlara uyğun yenidən qurulub. sürücülərin nəzəri və praktiki hazırlığının təşkili üçün tədris bazası yaradılmış, müasir avadanlıqlarla təchiz edilmiş sinif otaqları, təlim meydançaları, texniki xidmət sahələri və vasitələrinin saxlanılması üçün qarajlar istifadəyə verilib.

Mərkəzdə yaradılan müasir infrastruktur təlim prosesinin səmərəliliyinin artırılmasına, sürücülərin peşə hazırlığının daha yüksək səviyyədə təşkilinə və Dövlət Sərhəd Xidmətinin nəqliyyat təminatı imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərkəzdə yaradılmış şəraitlə tanış olmuş, müasir qərargah binası, sürücülərin nəzəri-praktiki hazırlığının təşkilində zəruri infrastruktur, geniş və tam təchiz olunmuş tədris sinifləri, yataqxana, yeməkxana, eləcə də zabit evlərinə baxış keçirib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…