Əsas məzmuna keç

İran parlamentinə seçkilərlə bağlı təbliğat kampaniyası başlayıb

İran parlamentinə seçkilərlə bağlı təbliğat kampaniyası başlayıb

bu barədə İRNA məlumat yayıb. Bildirilib ki, təbliğat kampaniyası fevralın 29-u saat 8-dək davam edəcək. Məlumata görə, İranın daxili işlər naziri Əhməd...

İran parlamentinə XXII seçkilərlə bağlı kampaniyası başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, təbliğat kampaniyası fevralın 29-u saat 8-dək davam edəcək.

Məlumata görə, İranın daxili işlər naziri Əhməd Vahidi deputatlığa olmaq istəyən 15 min 200 nəfərlə bağlı üç ay Nəzarət Şurası tərəfindən araşdırma aparıldığını bildirib. İnformasiyaya əsasən, təkcə Tehran, Rey, Şemiranat, İslamşəhr və Pardis seçki dairələrində 3545 namizəd parlamentə üzv olmaq uğrunda mübarizə aparır.

Martın 1-də İran İslam Şurası Məclisinə () və Dini Şurasına (Məclise Xübreqan) seçkilər keçiriləcək. Parlament 290 yerdən, Dini Ekspertlər Şurası isə 88 müctəhiddən ibarətdir. Şura İranın ali rəhbərini (hazırda ayətullah Seyid Əli Xamənei bu vəzifəni tutur) və rəhbərliyi seçir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…