Operativ Məlumat Mərkəzi

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

2 dəq
Paylaş:
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən zənginləşdirməyə başlaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran parlamentinin Milli və Xarici Siyasət Komissiyasının katibi İbrahim Rezai “Tasnim” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran hələ bütün potensialından istifadə etmir və lazım gələrsə, digər strateji variantlara müraciət edə bilər.

İ.Rezai qeyd edib ki, Tehran Atom Enerjisi üzrə Agentlik (AEBA) ilə haqqında əlavə protokolun icrasını könüllü olaraq dayandırıb:

“Lakin ölkə hələ də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə üzvlüyünü saxlayır, ancaq davam edən xarici təzyiq İranın siyasətində dəyişikliyə səbəb ola bilər. Təzyiq İranı müqavilədən çıxmağı, uranı 60 %-dən yuxarı zənginləşdirməyi, nüvə əməkdaşlığının genişləndirilməsini nəzərdən keçirməyə məcbur edəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax