Operativ Məlumat Mərkəzi

İqtisadi Şuranın iclası keçirilib - 12.09.2023

2 dəq
Paylaş:
İqtisadi Şuranın iclası keçirilib - 12.09.2023

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasın gündəliyində Respublikası Prezidentinin 2024-cü il və ortamüddətli dövr üçün müəyyən etdiyi prioritetlərin və hədəflərin əsasında hazırlanan 2024-cü və sonrakı üç il üzrə icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, proqnozlarında istifadə olunan əsas fərziyyələr, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2024-2027-ci illərdə büdcə siyasəti, milli xərc prioritetləri, Böyük Qayıdış Proqramının maliyyələşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin parametrləri, ortamüddətli dövr üçün sosial- proqnozları və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun və və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.

İclasın yekununda 2024-cü ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax