Əsas məzmuna keç

İordaniya Kralı Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

İordaniya Kralı Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

bu barədə İordaniya KİV-i məlumat yayıb. Kral qeyd edib ki, Qəzza zolağındakı humanitar böhrana son qoymaq lazımdır. O, ABŞ-nin Qəzza zolağında atəşkəsə...

İordaniya Kralı II ABŞ-nin Antoni Blinkeni Əmmanda qəbul edib, onlar Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İordaniya KİV-i məlumat yayıb.

Kral qeyd edib ki, Qəzza zolağındakı böhrana son qoymaq lazımdır. O, ABŞ-nin atəşkəsə nail olmaq, mülki əhalini qorumaq, humanitar və tibbi yardımın çatdırılmasını təmin etmək səylərini yüksək qiymətləndirib.

Bununla yanaşı, İordaniya ilə ABŞ arasında strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlığın artırılması müzakirə edilib.

Qeyd edək ki, Blinken İordaniyadan əvvəl Türkiyəyə səfər edib və Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların tədarükü müzakirə edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…