Operativ Məlumat Mərkəzi

İndoneziya seçkiyə müdaxilə etdiyinə görə üç Fransa vətəndaşını deportasiya edib

2 dəq
Paylaş:
İndoneziya seçkiyə müdaxilə etdiyinə görə üç Fransa vətəndaşını deportasiya edib

İndoneziyanın Açeh əyalətinin miqrasiya bölgənin vəzifəsinə namizədin siyasi kampaniyasında güman edilən iştirakına görə Fransanın üç vətəndaşını deportasiya edib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-nə istinadən xəbər verir ki, bu barədə “Jakarta Globe” portalı məlumat yayıb.

Bildirilib ki, onlar miqrasiya xidməti tərəfindən oktyabrın 8-də saxlanılıb və daha sonra deportasiya ediliblər.

"Üç nəfər siyasi kampaniyada iştirak etməklə viza rejiminin şərtlərini pozublar", - məlumatda vurğulanıb.

Fransızların dəstəklədiyi güman edilən namizədin adı hakimiyyət tərəfindən açıqlanmayıb. Ancaq qeyd edilib ki, əvvəlcə Fransa vətəndaşları istehsalçılardan, o cümlədən siyasətçi Saninin idarə etdiyi kooperativdən paçuli yağı almaq üçün Açehə gediblər.

Hazırda o, Qayo-Lus dairəsində naib vəzifəsinə namizəddir.

Fransızların son səfəri Səid Sani ilə satış müqaviləsi bağlamağa yönəlib. Lakin onların gəlişi yerli seçki kampaniyası mövsümü ilə üst-üstə düşüb ki, bu da onların fəaliyyəti ilə bağlı narahatlıq yaradıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax