Operativ Məlumat Mərkəzi

İlham Əliyevin sabiq mühafizəçisi ölü tapıldı - HADİSƏ YERİNDƏN FOTOLAR

2 dəq
Paylaş:
İlham Əliyevin sabiq mühafizəçisi ölü tapıldı - HADİSƏ YERİNDƏN FOTOLAR

Türkiyənin Aydın vilayətinin Kuşadası bölgəsində İlham Əliyevin bir müddət yaxın mühafizəçisi olmuş 50 yaşlı Mahir qaldığı mehmanxana otağında ölü tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Vurğulanıb ki, hadisə saat 13:30 radələrində Kuşadasında 5 ulduzlu oteldə baş verib.

vətəndaşı 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib. Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib. Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.

Bir müddət İlham Əliyevin də yaxın mühafizəçisi olmuş Mahir Məmmədovun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Hadisə ilə bağlı istintaq davam edir.

Azerbaycan Cumhurbaşkanı Aliyev’in eski koruması, Kuşadası’nda otel odasında ölü bulundu

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax