Operativ Məlumat Mərkəzi

İlham Əliyevin sabiq mühafizəçisi ölü tapıldı - HADİSƏ YERİNDƏN FOTOLAR

2 dəq
Paylaş:
İlham Əliyevin sabiq mühafizəçisi ölü tapıldı - HADİSƏ YERİNDƏN FOTOLAR
Prezident İlham Əliyevin sabiq mühafizəçisi Türkiyədə ölü tapılıb. Mahir Məmmədov 50 yaşında vəfat edib.

Türkiyənin Aydın vilayətinin Kuşadası bölgəsində Prezident İlham Əliyevin bir müddət yaxın mühafizəçisi olmuş 50 yaşlı Mahir Məmmədov qaldığı mehmanxana otağında ölü tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Vurğulanıb ki, hadisə saat 13:30 radələrində Kuşadasında yerləşən 5 ulduzlu oteldə baş verib.

Azərbaycan vətəndaşı 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib. Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib. Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.

Bir müddət Azərbaycan Prezidenti İlham Əliyevin də yaxın mühafizəçisi olmuş Mahir Məmmədovun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Hadisə ilə bağlı istintaq davam edir.

Azerbaycan Cumhurbaşkanı Aliyev’in eski koruması, Kuşadası’nda otel odasında ölü bulundu

Bu xəbəri paylaş

Oxşar xəbərlər