Operativ Məlumat Mərkəzi

İlham Əliyev: “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş qlobal layihəyə çevriləcək”

2 dəq
Paylaş:
İlham Əliyev: “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş qlobal layihəyə çevriləcək”

, Gürcüstan, və Rumıniya arasında “yaşıl enerji” haqqında saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

"Ötən ilin dekabrında Buxarestdə “yaşıl enerji” sahəsində mühüm tədbir keçirilib. Avropa Komissiyasının prezidentinin də iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında saziş imzalanıb. Əminəm ki, bu saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”, - Prezident İlham Əliyev deyib.

"Hesab edirik, bu layihə ən azı 4 QVt “yaşıl enerji”nin nəqlini təmin edə bilər ki, bu da bizim əlavə töhfəmiz olacaq", - əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax