İlham Əliyev: “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş qlobal layihəyə çevriləcək”

İlham Əliyev: “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş qlobal layihəyə çevriləcək”
31.05.2023 11:29
Aa
dəq

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” haqqında saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

"Ötən ilin dekabrında Buxarestdə “yaşıl enerji” sahəsində mühüm tədbir keçirilib. Avropa Komissiyasının prezidentinin də iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında saziş imzalanıb. Əminəm ki, bu saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”, - Prezident İlham Əliyev deyib.

"Hesab edirik, bu layihə ən azı 4 QVt “yaşıl enerji”nin nəqlini təmin edə bilər ki, bu da bizim əlavə töhfəmiz olacaq", - dövlət başçısı əlavə edib.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu