Operativ Məlumat Mərkəzi

İlham Əliyev Albaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

3 dəq
Paylaş:
İlham Əliyev Albaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və Albaniyanın Baş nazirinin ölkəyə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirib.

Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələr arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib.

Ölkələrin səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirib.

Səfir Albaniyanın Edi Ramanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Besart Kadia Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələr və xalqlar arasında dostluğun və mədəni əlaqələrin önəminə toxunub.

Diplomat Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

COP29 tədbirinin əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını deyib.

Söhbət zamanı iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə etməsindən məmnunluq ifadə olunub, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlıq bildirilib.

***

Prezident İlham Əliyev oktyabrın 31-də Albaniyanın Azərbaycana yeni təyin olunan səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax