Operativ Məlumat Mərkəzi

II Qareginin saxlanılan qardaşı və qardaşı oğlu dindirilib

1 dəq
Paylaş:
II Qareginin saxlanılan qardaşı və qardaşı oğlu dindirilib

II Qareginin qardaşı Qevork və onun oğlu Nersisyan dindirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mediası onların vəkili Ara Zohrabyana istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, hər iki şəxs saxlanıldıqdan sonra dindirilib və ifadələrinin videogörüntüsü istintaq orqanına təqdim olunub.

“Qevork Nersisyan və onun oğlu Ambarstum Nersisyan saxlanılıblar. Onlar ifadə veriblər, videoyazı istintaqa təqdim olunub. Hazırda qərarın verilməsini gözləyirik. Qanuna əsasən, 12 saat ərzində məhkəməyə həbs qətimkan tədbiri seçilməsi üçün müraciət edilməli və ya onlar azad olunmalıdır”, – Ara Zohrabyan bildirib.

Qeyd edək ki, bir gün öncə Qevork Nersisyan və onun qardaşı oğlu Ambarstum Nersisyan xuliqanlıq və təbliğat kampaniyasının aparılmasına mane olma ittihamları ilə saxlanılıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax